PDF Oxu

Dünya

  • 4

Bill Klinton sağların Barak Obama əleyhinə “sui-qəsdini” müəyyən edib

Bill Klinton sağların Barak Obama əleyhinə “sui-qəsdini” müəyyən edib
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Bill Klinton müasir Amerikada "sağların genişmiqyaslı sui-qəsdlər" dalğasının davam etməkdə olduğu haqda danışmışdır.
"Sağların genişmiqyaslı sui-qəsdləri" termini B.Klinton Monika Levinski ilə münasibətdə olduğu vaxt onun arvadı Hillari Klinton tərəfindən işlədilmişdir. H.Klintonun fikrincə, onun ərinə hücumlar məhz bu "sui-qəsdlərlə" əlaqədar olmuşdur.
B.Klinton "MBC" telekanalına müsahibə verərkən, ona belə bir sualla müraciət etmişlər ki, indiki tənqidçilərin Barak Obamaya hücumları bu "sui-qəsdləmi" bağlıdır? B.Klinton bu fikrin doğruluğunu təsdiq etmişdir. Onun dediyinə görə, haqqında söhbət gedən sui-qəsdin "bir o qədər də güclü olmaması demoqrafik dəyişikliklərlə izah edilməlidir" və kifayət qədər qəddardır. B.Klinton belə hesab edir ki, "sağ sui-qəsdçilər" B.Obamaya elə informasiyalar ötürürlər ki, prezident postunda oturduğu ilk mərhələdə ona mane ola bilsinlər.
B.Klinton demişdir ki, B.Obamanın düşmənləri Ağ Evin bugünkü sahibinə uğursuzluq arzulamaqla, bütövlükdə, Amerika əleyhinə çıxmış olurlar. Xatırladırıq ki, ilk dəfə olaraq, bu ilin əvvəllərində B.Obamanın siyasəti əleyhinə çıxış edən məşhur publisist və radio aparıcısı Raş Limbo olmuşdur. Onun dedikləri həm demokratların, həm də respublikaçıların müəyyən hissəsində narazılıq doğurmuşdur. R.Limbonun çıxışı Amerika cəmiyyətinin mühafizəkar hissəsinin də xoşuna gəlməmişdir.
Son vaxtlar ABŞ-da mühafizəkarların B.Obamanın siyasi kursu əleyhinə çevrilmiş aksiyaları keçirilməkdədir. Onlar B.Obamanın büdcə xərcləri siyasəti və səhiyyə islahatları planları ilə razılaşmırlar. "Vaşinqton vergi ödəyicilərinin marşı" adı altında keçirilən kütləvi çıxışlar sentyabrın 12-də keçirilmişdir. Müxtəlif məlumatlara görə, kütləvi aksiyada 75 min və hətta 1 milyon nəfərədək nümayişçi iştirak etmişdir.

Digər xəbərlər