PDF Oxu

Dünya

  • 10

Yanukoviç azad sözü və demokratiyanı Timoşenkodan qorumağı xahiş edib

Yanukoviç azad sözü və demokratiyanı Timoşenkodan qorumağı xahiş edib
Ukrayna Regionlar Partiyasının rəhbəri Viktor Yanukoviç Yuliya Timoşenko hökumətinin fəaliyyəti əleyhinə reklam üzərinə məhkəmə qadağası qoyduğunu bəyan etmişdir. Onun fikrincə, Y.Timoşenko hökuməti ölkəni azad söz və demokratiyadan təcrid etmək istəyir.
"Ukrainski Novini" qəzetinin yazdığına görə, V.Yanukoviç məhkəmənin bu qərarını senzuranın bərpası və totalitar sistemə qayıdış yolunda ilk addım kimi qiymətləndirmişdir. Onun fikrincə, siyasətçilərin plüralist fikirləri cəmiyyətə diqtə etmələri həm cəmiyyət, həm də ölkənin gələcəyi üçün təhlükə törədə bilər. V.Yanukoviç bununla əlaqədar Ukrayna vətəndaşları və beynəlxalq ictimaiyyətə müraciət edərək totalitarizmin bərpasına yol verməməyə çağırmışdır.
Əvvəllər belə bir məlumat yayılmışdır ki, Kiyevin Peçora rayon məhkəməsi Y.Timoşenkonun fəaliyyətini "diskreditasiya edən bədnam reklamın" yayılmasını qadağan etmişdir. Məhkəmənin qərarında deyilir ki, bu cür reklamlar "cəmiyyətə, dövlətə və ayrı-ayrı hüquqi şəxslərə zərər vurur".

Digər xəbərlər