PDF Oxu

Dünya

  • 4

Dekabrda Türkmənistan Çinə qaz ixrac edəcək

Dekabrda Türkmənistan Çinə qaz ixrac edəcək
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, cari ilin dekabrında Türkmənistan öz ixrac məhsullarını gücləndirmək məqsədilə Çinə qaz ixrac edəcəkdir. Məlum olduğu kimi, əvvəllər Türkmənistan qazını bütövlükdə "Qazprom" satın alırdı.
2007-ci ildə Türkmənistan, Özbəkistan və Qazaxıstan Çin Milli Neft Korporasiyası ilə ümumi razılaşma əldə edib Çində ümumi kütləsi il ərzində 40 milyard kubmetr təşkil edəcək iki qaz xəttinin tikintisinə başlamağı nəzərdə tutmuşdur. Layihənin ümumi dəyəri 7 milyard dollar təşkil edəcəkdir.
Artıq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Çin Xalq Respublikasının sədri Xu Tszintaonu Aşaqabada dəvət etmişdir. Məlum olduğu kimi, dekabrın ortalarında yeni qaz xəttinin açılış mərasimi keçiriləcəkdir. İlk olaraq, Türkmənistan Çinə il ərzində 13 milyard kubmetr qaz ixrac edəcəkdir. Yeni qaz yataqları istifadəyə verildikdən sonra isə, qaz ixracının miqdarı artırılacaqdır.
Bu ilin yayında Çin Türkmənistana Cənubi Yolotan qaz mədəninin işlənib hazırlanması məqsədilə 3 milyard dollar məbləğində kredit ayırmışdır. Türkmənistan qazının Rusiyaya ixracı bu ilin aprelində dayandırılmışdır. Qaz xəttində baş vermiş partlayışa görə, Türkmənistan "Qazprom"u suçlu bilmişdir. Nəticədə Aşqabad bir ay ərzində milyard dollar zərər çəkmişdir. Sentyabrın 13-də Rusiya prezidenti Dmitri Medvedevin Aşqabada rəsmi səfəri də qaz yanacağının ixracı məsələsinin bərpa olunmasına zəmin yaratmamışdır.

Digər xəbərlər