PDF Oxu

Dünya

  • 10

Sonuncu İtaliya kralının oğlu müttəhimlər kürsüsündə əyləşdiriləcək

Sonuncu İtaliya kralının oğlu müttəhimlər kürsüsündə əyləşdiriləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın sonuncu kralının oğlu şahzadə Viktor Emmanuil yenidən müttəhimlər kürsüsündə əyləşdiriləcəkdir. Romanın hüquq-mühafizə orqanı əməkdaşları məlumatın doğruluğunu təsdiq etmişlər.
72 yaşlı şahzadə qeyri-qanuni oyun biznesində, sutenyorluqda və cinayətkar qruplaşmada iştirak etməkdə ittiham edilir. Viktor Emmanuilin ilk məhkəmə dinləmələri cari ilin 21 dekabrına təyin edilmişdir.
2006-cı ilin iyununda V.Emmanuil üzərinə analoji ittihamlar irəli sürülmüşdür. O zaman şahzadə bir həftə nəzarət altında saxlanıldıqdan sonra ev dustağı qismində azadlığa buraxılmışdır. 2006-cı ilin iyulunda isə şahzadə üçün ev dustaqlığı ölkə ərazisini tərk etməməklə əvəz edilmişdir. Beş ay sonra isə hər cür məhdudlaşdırılmalar və yerdəyişmələr şahzadənin üzərindən götürülmüşdür. O vaxtdan etibarən cinayət işi bağlanmamışdır.

Digər xəbərlər