PDF Oxu

Dünya

  • 5

Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı 30-40 min hərbi qulluqçu hesabına artırılacaq

Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı 30-40 min hərbi qulluqçu hesabına artırılacaq
"Fox Nyus" telekanalının məlumatına görə, Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı general Stenli Makkristal ABŞ hərbi kontingentinin sayını 30-40 min hərbi qulluqçu miqdarında artırılmasını təklif etmişdir. Bu yöndə müvafiq məlumat sentyabrın 23-də ABŞ-ın müdafiə naziri Robert Geytsə çatdırıla bilər.
Bir müddət əvvəl ABŞ-ın kütləvi informasiya vasitələri Əfqanıstandakı vəziyyəti əks etdirən məruzənin mətni haqqında məlumat vermişdilər. Qəzetlər yazırdı ki, S.Makkristalın hazırladığı 66 səhifəlik sənəddə komandan xatırladırdı ki, yaxın illərdə Əfqanıstandakı hərbi kontingentin sayı artırılmazsa, bu kampaniya uğursuzluqla üzləşəcəkdir. Qeyri-rəsmi məlumatlara görə, S.Makkristal bu məruzəni 2009-cu ilin avqustunda hazırlamışdır. "Fox Nyus"un məlumatına görə, prezident Barak Obama sənədlə tanış olmamış Əfqanıstana əlavə hərbi kontingent göndərilməyəcəkdir. Pentaqon və Ağ Ev nümayəndələri bu məlumatı təkzib etmişlər.
B.Obama 2009-cu ilin əvvəllərində ABŞ prezidenti postunu tutarkən Əfqanıstandakı hərbi kontingentin sayını 17 min nəfər əlavə hərbi qulluqçu hesabına artıracağını bildirmişdir.

Digər xəbərlər