PDF Oxu

Dünya

  • 10

Lukaşenko ikinci prezidentlik müddətinə seçilməyə hazır olduğunu bəyan edib

Lukaşenko ikinci prezidentlik müddətinə seçilməyə hazır olduğunu bəyan edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Belorus prezidenti Aleksandr Lukaşenko 2011-ci ildə keçiriləcəyi nəzərdə tutulan prezident seçkilərində iştirak etməmək üçün heç bir səbəb görmədiyini bəyan etmişdir. A.Lukaşenko indiyədək 1994, 2001 və 2006-cı illərdə keçirilmiş prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür.
O, seçkiönü kampaniyasına start verilərkən seçkilərə qatılıb-qatılmayacağı haqda məlumat verəcəyini bildirmişdir. "Seçki dövrü yetişən kimi hansı qərara gəlməyim haqda məlumat verəcəyəm. Hələlik, seçkilərdən imtina etmək haqda ciddi bir səbəb görmürəm" deyə Belorus prezidenti bildirmişdir.
A.Lukaşenko dəfələrlə bu cür bəyanatlar vermişdir. 2008-ci ilin martında MSK başçısı Lidiya Yermoşina A.Lukaşenkonun növbəti prezident seçkilərində iştirak edəcəyini jurnalistlərə bəyan etmişdi. Həmin ilin mayında Belorus prezidenti 2011-ci il prezident seçkilərində iştirak edəcəyi haqda "Röyter" agentliyinə məlumat vermişdi. Prezidentin dediyinə görə, seçkiönü kampaniyasınadək ölkədə ciddi dəyişikliklərin baş verməyəcəyi təqdirdə, seçkilərdə mütləq iştirak edəcəkdir.
A.Lukaşenko üçüncü prezidentlik müddətinə 2006-cı ildə seçilmişdir. Onun bu seçkilərdə iştirak etməsinə 2004-cü ildə respublikada keçirilən referendum mane olmamışdı. Referendum ölkə konstitusiyasına seçkilər haqda xüsusi maddə daxil etmişdi.
Hazırda A.Lukaşenko Vilnüsdə rəsmi səfərdədir. O, burada Litva prezidenti D.Qribauskayte ilə görüş keçirməyi nəzərdə tutur. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq münasibəiləri müzakirə ediləcəkdir. Bundan başqa A.Lukaşenko burada keçirilən Belorus-Litva iqtisadi forumun açılışında və "Belorus Expo 2009" sərgisində iştirak edəcəkdir.

Digər xəbərlər