PDF Oxu

Dünya

  • 7

Qroznıda partladılmış bombanın 10 kiloqram trotil həcmində olduğu məlum olub

Qroznıda partladılmış bombanın 10 kiloqram trotil həcmində olduğu məlum olub
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 16-da Qroznı şəhərində kamikadze qadının işə saldığı partladıcı qurğunun gücü 10 kiloqram trotil ekvivalenti həcmində olmuşdur. Çeçenistanın güc strukturlarının məlumatına görə, partlayış nəticəsində 6 nəfər şəhər sakini və iki milis əməkdaşı xəsarət almışdır. Terror aktı Sülh küçəsində yerli vaxtla səhər saat 10.35-də baş vermişdir. Şəhərin zavod rayonu adlanan bu hissəsində Modalar Evinin binası yerləşir. Milis əməkdaşları qadının sənədlərini yoxlayarkən, o, partlayıcı qurğunu işə salmışdır. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları kamikadzenin şəxsiyyətini müəyyənləşdirməkdədir.

Digər xəbərlər