PDF Oxu

Dünya

  • 10

MKİ-nin direktoru ABŞ müsəlmanlarını terrorizmə qarşı mübarizəyə çağırıb

MKİ-nin direktoru ABŞ müsəlmanlarını terrorizmə qarşı mübarizəyə çağırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ərəb əsilli amerikalıları və müsəlmanları terrorizmə qarşı mübarizə aparmağa çağırmışdır. "Mənim sizə ehtiyacım var, ölkənin sizə ehtiyacı var" deyə Miçiqan ştatının Dirborne şəhərində çıxış edən Leon Panetta bildirmişdir. Məlum olduğu kimi, bu ərazidə Yaxın Şərq ölkələrindən gələnlər əksəriyyət təşkil edir.
2009-cu ildə MKİ əməkdaşlarının ərəb və digər Şərq dillərini öyrənmələri üçün proqram hazırlamışdı. "Biz millətimizin surətini əks etdirməli, dünyanın surətini əks etdirməliyik" deyə L.Panetta bildirmişdir. Onun bu sözlərini iftar sürfəsi arxasına yığışmış 150 nəfərədək müsəlman sürəkli alqışlarla qarşılamışdır.
L.Panetta öz çıxışında ərəb əsilli amerikalılar və ABŞ-da yaşayan digər müsəlmanlar hesabına MKİ-nin sıralarını yeni kadrlarla doldurmağın vacibliyini də vurğulamağı unutmamışdır.

Digər xəbərlər