PDF Oxu

Dünya

  • 5

BMT komissiyası İsraili və “HƏMAS”-ı Qəzza hərbi cinayətlərində ittiham edib

BMT komissiyası İsraili və “HƏMAS”-ı Qəzza hərbi cinayətlərində ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qəzza bölgəsində hərbi konfliktin təhqiqatı ilə məşğul olan BMT komissiyası belə bir nəticəyə gəlmişdir ki, İsrail və "HƏMAS" burada hərbi cinayətlər törətmişdir. Komissiyanın gəldiyi nəticəyə görə, bu cinayətlər bəşəriyyət əleyhinə yönəldilmiş cinayətlər səviyyəsindədir.
Təhqiqat Cənubi Afrika Respublikasının keçmiş hakimi Riçard Qoldstounun rəhbərliyi altında aparılmışdır. BMT komissiyasının fəaliyyəti 600 səhifəyə yaxın məruzə mətni ilə başa çatmışdır. Məruzədə təsdiq edilir ki, TSAXAL hərbçiləri mahiyyətcə hərbi cinayətkarlığı əks etdirən işlə məşğul olmuşlar. Mümkündür ki, komissiya TSAXAL-ın fəaliyyətini bəşəriyyət əleyhinə cinayətkarlıq kimi xarakterizə etsin. Komissiya ilə işləməkdən imtina etmiş İsrail hökuməti ünvanına deyilən ittihamları rədd etmişdir. İsrail ordusu üzərinə qoyulan ittiham "HƏMAS" silahlı dəstəsinin də üzərinə qoyulmuşdur. Məruzə BMT-nin İnsan Hüququ Şurasına sentyabrın axırlarında təqdim ediləcəkdir.
İsrail hökuməti "HƏMAS" silahlılarının ərazilərini dəfələrlə raket atəşinə tutmalarını bəyan etdikdən sonra, 2008-ci ilin 27 dekabrında "HƏMAS" əleyhinə döyüş əməliyyatları keçirmişdir. Əvvəl İsrail hərbi-hava qüvvələri bir neçə dəfə Qəzza bölgəsini raket atəşinə tutmuş, 2009-cu ilin 3 yanvarında isə bölgəyə İsrailin quru qoşunları daxil olmuşdur. Yanvarın 18-də İsrail hərbi əməliyyatının başa çatdığını bəyan etmiş və yanvarın 21-də ordusunu Qəzza bölgəsindən çıxarmışdır. Döyüşdə İsrailin 13 hərbi qulluqçusu, Qəzza bölgəsində isə 1300 adam öldürülmüşdür. Öldürülənlər arasında yüzlərlə uşaq olmuşdur.

Digər xəbərlər