PDF Oxu

Dünya

  • 11

“Əl-Kaidə” talibləri Əfqanıstanda xariciləri tez-tez girov götürməyə çağırmışdır

“Əl-Kaidə” talibləri Əfqanıstanda xariciləri tez-tez girov götürməyə çağırmışdır
"Australian" qəzetinin yazdığına görə, Üsamə bin Ladenin yaxın tərəfdarlarından biri "Taliban" hərəkatı üzvlərinə müraciət edərək, Əfqanıstanda xidmət edən xarici ölkə hərbçilərini və mülki mütəxəssisləri sonradan terrorçularla dəyişmək məqsədilə tez-tez girov götürməyə çağırmışdır.
"Əl-Kaidə" terrorçuluq şəbəkəsinin başçılarından biri olan Mustafa Həmidin (onu Əbu Valid əl-Masri də çağırırlar) çağırışı islam veb-saytlarından birində yerləşdirilmişdir. 2009-cu ilin iyulunda doktorluq dissertasiyası hazırlayan Avstraliya antiterror xidmətinin keçmiş analitiki Li Farall bu çağırışı üzə çıxarsa da, haqqında jurnalistlərə ancaq indi məlumat vermişdir.
Əl-Masri deyirdi ki, amerikalıların məhbuslarla kobud davranışları onun fikrinin dəyişməsinə səbəb olmuşdur. O, talibləri düşmənin nümunəsini aktiv surətdə təkrar etməyə çağırırdı.

Digər xəbərlər