PDF Oxu

Dünya

  • 10

Rusiya prezidenti ABŞ-da dissidentlərlə görüşməyi qərara alıb

Rusiya prezidenti ABŞ-da dissidentlərlə görüşməyi qərara alıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitiri Medvedev 22-25 sentyabrda planlaşdırdığı ABŞ-a rəsmi səfərində Amerika dissedentləri ilə görüşməyi qərara almışdır. D.Medvedev bu bəyanatını "Valday" diskussiya klubunun iştirakçıları ilə görüşü zamanı vermişdir. "Sovet təcrübəsini xatırlamaq pis olmazdı" deyə D.Medvedev bildirmişdir. D.Medvedev rəsmi səfəri proqramı çərçivəsindən kənara çıxmağını və işgüzar aləmin və mülki cəmiyyətlərin nümayəndələri ilə də görüşəcəyini vəd etmişdir. D.Medvedev ABŞ-a çox nəzər salmaq istədiyini və bu məqsədlə universitetlərdən birinə getməyi də nəzərdə tutduğunu bildirmişdir.
D.Medvedev ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş Assambleyasının 24-25 sentyarbda keçirəcəyi Pittsburq sammitində də iştirak edəcəkdir. D.Medvedev ABŞ prezidenti Barak Obama ilə görüşməyi də nəzərdə tutur.
Bu səfər D.Medvedevin ABŞ-a ikinci səfəri olacaqdır. O, bu ölkəyə ilk dəfə 2008-ci ildə Vaşinqtonda keçirilən sammitdə iştirak etmək üçün vaxt gəlmişdir.

Digər xəbərlər