PDF Oxu

Dünya

  • 9

MAQATE-nin yeni direktoru təsdiq edilib

MAQATE-nin yeni direktoru təsdiq edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) üzvləri təşkilatın Vyanada keçirilən baş konfransında Yaponiya diplomatı Yukiya Amanonu MAQATE-nin baş direktoru seçmişlər. Y.Amano 1997-ci ildən MAQATE-yə rəhbərlik etmiş Məhəmməd əl-Baradeyini əvəz edəcəkdir.
2009-cu ilin iyulunda MAQATE-nin Direktorlar Şurası 62 yaşlı Y.Amanonun agentliyin başçısı postuna seçilməsini təklif etmişdir. Yaponiya diplomatı öz vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaqdır. Agentliyin baş konfransında çıxış edən Y.Amano ona etimad göstərdiklərinə görə, MAQATE üzvlərinə öz təşəkkürünü bildirmiş və onları əmin etmişdir ki, təşkilata rəhbərliyi dövründə nüvə silahlarının yayılmaması üçün nəzərati gücləndirəcək, nüvə enerjisinin dinc məqsədlər üçün inkişafına zəmin yaradacaqdır. O, son 6 il ərzində MAQATE-nin İranın nüvə enerjisini, istisnasız olaraq, dinc məqsədlərlə istifadə etməsini sübut etməyə nail olmadığını bildirmişdir. Əl-Baradeyinin ünvanına söylənilən tənqidlərin bir çoxu məhz İranın nüvə proqramı ilə əlaqədar olmuşdur. Bir çox ölkələr onun İrana yumşaq münasibət göstərdiyini bəyan etmişlər.
Y.Amano 2005-ci ildən MAQATE-də Yaponiyanın təmsilçisi kimi çıxış edir. O, son bir il ərzində agentliyin Direktorlar Şurasının sədri postunu tutmuşdur. O, bu vəzifədə əl-Baradeyi ilə birlikdə Nobel sülh mükafatının laureatı olmuşdur.

Digər xəbərlər