PDF Oxu

Dünya

  • 11

Rusiyadan Venesuelaya gətirilən tanklar amerikalıları qorxuzub

Rusiyadan Venesuelaya gətirilən tanklar amerikalıları qorxuzub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın hakimiyyət dairələri Karakasın Rusiyadan silah alması planlarından narahatlığını ifadə etmişdir. ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi İen Kellinin dediyinə görə, Venesuela və Rusiya prezidentləri Uqo Çaves və Dmitri Medvedev arasında silah satışı haqda müqavilələr "Qərb yarımkürəsində qeyri-stabillik və gərginlik yaratmışdır" İ.Kelli belə hesab edir ki, Venesuela prezidenti U.Çavesin silahlanmaya can atması Latın Amerikası ölkələri üçün "ciddi çağırış"a əsas verir.
Sentyabrın 9-da U.Çaves Moskvaya rəsmi səfər etmiş və iki ölkə arasında iqtisadi və hərbi əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə səbəb olan sənəd imzalamışdır. Razılaşmaya əsasən, Rusiya U.Çavesin hərbi texnika alması üçün Venesuelaya 2,2 milyard dollar məbləğində kredit ayırmağa razılıq vermişdir. Venesuelanın Rusiyadan 92 ədəd T-72 tankları və "Smerç" sistemli reaktiv qurğu alacağı gözlənilir.
Xatırladırıq ki, U.Çaves bu ilin avqustunda Vaşinqton və Boqoto arasında razılaşma əldə edildikdən sonra, ABŞ hərbi bazalarının Kolumbiyada yerləşdirilməsinin ölkəsi əleyhinə çevrildiyini bəyan etmişdi. ABŞ isə Kolumbiyada narkotika ticarəti ilə məşğul olanlara qarşı mübarizə aparmaq məqsədi güdüyünü bildirmişdi.

Digər xəbərlər