PDF Oxu

Dünya

  • 10

Norveçdə keçirilmiş seçkilərdə az səs fərqi ilə iqtidarda olan koalisiya qalib gəlib

Norveçdə keçirilmiş seçkilərdə az səs fərqi ilə iqtidarda olan koalisiya qalib gəlib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, özündə üç sol mərkəzçi partiyanı birləşdirən iqtidar koalisiyası Norveçdə keçirilən ümumxalq seçkilərində qələbə qazanmışdır. Seçki bülletenlərinin 99,4 faizi yoxlandıqdan sonra ölkənin baş naziri Yens Stoltenberqin başçılıq etdiyi koalisiya parlamentdəki 169 yerin 86-sını qazanmağa nail olmuşdur. Ötən seçkilərdə bu koalisiya bir səs çox yer qazanmışdı.
Mühafizəkarlar, sosial-liberallar və populist Xalq Partiyasından ibarət müxalifətçilər parlamentdə 83 yer qazanmışdır. Əvvəlki parlament seçkilərində müxalifətin parlamentdə 82 yeri olmuşdur. Seçkilərdə Norveçin 3,5 milyon əhalisinin 2,6 milyonu iştirak etmişdir.
Parlamentin yeni çağırışının ilk yığıncağı oktyabrın 1-də keçiriləcəkdir. Bu vaxta qədər iqtidar koalisiyasına daxil olan partiyalar yeni nazirlər kabinetinin tərkibinin seçilməsi ətrafında müzakirələr aparacaqlar.

Digər xəbərlər