PDF Oxu

Dünya

  • 13

Rəcəb Tayyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki önəmli toplantıda iştirak etmək üçün bu həftənin sonu ABŞ-a səfər edəcək. SİA-nın məlumatına görə, keçən il prezident Abdullah Gülün qatıldığı BMT-nin toplantısında cari il Türkiyəni Ərdoğan təmsil edəcək.
Qeyd edək ki, Ərdoğanı 21-26 sentyabr tarixləri arasında reallaşacaq səfərində ciddi iş proqramı gözləyir. BMT-də dünya liderlərinə xitab edəcək Ərdoğan Kipr və erməni problemi mövzusunda da Türkiyənin mövqeyini bildirəcək. Toplantı çərçivəsində Avropa, Afrika və Latın Amerika ölkələrinin liderləri ilə iki tərəfli görüşlər keçirəcək Ərdoğan Azərbaycan və Ermənistan dövlət başçıları ilə də bir araya gələcək.
Türkiyəli Baş nazirin qatılacağı ikinci önəmli yığıncaq dünyanın ən inkişaf etmiş 20 ölkəsinin dövlət və ya hökumət başçılarının iştirak edəcəyi "G-20" toplantısıdır. Belə ki, "G-20" 24-25 sentyabr tarixlərində Pitsburq şəhərində keçiriləcək. Ərdoğanın bu yığıncaqda ABŞ prezidenti Barak Obama ilə görüşməsi də gözlənilir.

Digər xəbərlər