PDF Oxu

Dünya

  • 15

Nyu-York Muzeyi sentyabrın 11-də təyyarə qaçıranlara söz verib

Nyu-York Muzeyi sentyabrın 11-də təyyarə qaçıranlara söz verib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, 2001-ci il 11 sentyabr terror aktlarına həsr olunmuş tədbirə gələnlər Nyu-York Muzeyində terrorçuların mövqeləri ilə tanış olmaq imkanı əldə ediblər. Muzeydə ticarət mərkəzinə hücum etməmişdən əvvəl təyyarə qaçıranların ifadələri olan videoroliklər hazır şəkildə muzeyə gələnlərə təqdim edilmişdir. Bu zaman terrorçulara simpatiyanın yaranmaması üçün hadisə şahidlərinin ifadələri də videoroliklərə köçürülmüşdür.
2001-ci ildə dağıdılmış Ümumdünya Ticarət Mərkəzinin yerində sentyabrın 11-də ucadılmış Nyu-York Milli Memorialın və Muzeyin açılışı olmuşdur. Bu cür ideyanın gerçəkləşməsi, əvvələr nəzərdə tutulsa da, ancaq əhalinin kütləvi narazılığı buna mane olmuşdur. Muzeyin prezidenti Co Denielsin dediyinə görə, tamaşaçıların nəzərinə 19 təyyarəqaçıranın fotoşəkili və fikirləri təqdim edilmişdir. Ekspozisiya belə adlanır: "Qoy cinayətkarların özləri danışsınlar".
Bu ilin 11 sentyabrında ABŞ-da Nyu-York və Vaşinqtonda törədilmiş terror aktlarının 8 illiyi qeyd edilir. İlk dəfə olaraq, həmin gün Milli Xidmət və Xatirə Günü kimi qeyd edilir. Federal hakimiyyət dairələri bu qərarı ötən baharda qəbul etmişlər.
2001-ci il terror aktlarının qurbanlarının sayı, terrorçuları da daxil etməklə, 2974 nəfər olmuşdur. 24 nəfər isə itkin düşmüş hesab edilir. 8 il əvvəl sentyabrın 11-də iki təyyarə Nyu-Yorkun ticarət mərkəzinin əkizlər qülləsinə, üçüncüsü, Pentaqona çırpılmış, dördüncüsü isə Pensilvaniya ştatında qəzaya uğramışdır.

Digər xəbərlər