Yerusəlim Kiyevdən “insan ovçusu” haqda məlumat istəyib
"Seqodnya" qəzetinin yazdığına görə, İsrail Ukraynadan rəsmi surətdə Ali Radanın keçmiş deputatı Viktor Lozinski ilə əlaqədar sənədlərin surətlərini göndərməyə xahiş etmişdir. Məlum olduğu kimi, V.Lozinski Kirovoqrad vilayətinin sakini Valeri Oleynikin qətlində şübhəli bilinir. İsraildən göndərilən məktubda bildirilir ki, V.Lozinski nə öz adına yazılmış sənədlərlə, nə də Vitali Farşakın adına düzəldilmiş pasportla İsrailə getməmişdir. Mənbənin xatırlatdığına görə, bu, çox təəccüblü görünür: "Əgər Lozinski İsraildə olmamışdırsa, onun Ukrayna müstəntiqinə nə dediyi kimə lazımdır? Bəlkə, Lozinski, yaxud ona bənzəyən şəxs, hər halda, İsraildə olmuşdur." Əvvəllər Ukrayna KİV-lərində belə bir məlumat yayılmışdı ki, beynəlxalq axtarışda olan Lozinski İsrailin Netaniya şəhərində dəniz kənarında gizlənir.
2009-cu ilin iyununda Kirovoqrad yaxınlığında V.Oleyninin qətli ilə əlaqədar insident baş vermişdir. Mətbuatda onu "İnsan ovu" adlandırmışlar.