PDF Oxu

Dünya

  • 15

Tayvanın keçmiş prezidenti ömürlük cəza alıb

Tayvanın keçmiş prezidenti ömürlük cəza alıb
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, məhkəmə Tayvanın keçmiş prezidenti Çen Şuybyən koorupsiyada ittiham olunaraq, ömürlük azadlıqdan məhrum edilmişdir. Təhqiqat 2008-ci ilin 20 mayında Tayvanın yeni prezidenti Ma İntszyunun vəzifəyə təyin edilməsindən sonra başlanmışdır. İstintaq sübut etmişdir ki, 2000-2008-ci illərdə prezident postunda olduğu vaxt Çen Şuybyən dövlət vəsaitini israf etməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinmiş və 15 milyon dollar məbləğində rüşvət almışdır. Keçmiş prezident ittihamları rədd etmiş və məhkəmənin siyasi motivlər əsasında qurulduğunu bəyan etmişdir. Ç.Şuybyənlə yanaşı, onun arvadı da müttəhimlər kürsüsündə otuzdurularaq, koorupsiyada ittiham edilmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Bu qadın əvvəllər yalan ifadə verməkdə təqsirli bilinərək, həbs edilmişdi. Arasında Çenin oğlu və gəlini də olan digər 9 müttəhim müxtəlif maddələrlə ittiham edilərək, təqsirli bilinmişdir.

Digər xəbərlər