PDF Oxu

Dünya

  • 7

BMT-nin Baş Assambleyası Abxaziyam və Cənubi Osetiya qaçqınları haqda qətnamə qəbul edib

BMT-nin Baş Assambleyası Abxaziyam və Cənubi Osetiya qaçqınları haqda qətnamə qəbul edib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 9-da BMT-nin Baş Assambleyasının iştirakçıları Abxaziya və Cənubi Osetiya qaçqınlarının doğma torpaqlarına qaytarılması haqda əsasnamə layihəsi qəbul etmişdir. Gürcüstanın təklif etdiyi sənədin lehinə nümayəndə heyətinin 48 nəfəri səs vermiş, 19 nəfər əleyhinə çıxmış, 78 nəfər isə bitərəf qalmışdır. Sənəd etnik mənsubiyyətindən asılı olmayaraq, qaçqınların hamısına aiddir.
Əsasnamə layihəsi Rusiya tərəfinin mənfi reaksiyasını doğurmuşdur. Səsvermə başlamamışdan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin sənədi "siyasi və konfrontasiya" mövqeli sənəd kimi xarakterizə etmiş və onu gündəlikdən çıxarmağı tələb etmişdi. Onun dediyinə görə, Rusiya yeganə nümayəndə heyəti olmuşdur ki, bu əsasnamə layihəsi ona təqdim edilməmişdi. Gürcüstan tərəf isə əsasnamə layihəsinin mətnini konsensus əldə etmək məqsədilə birgə müdafiə etməkdən imtina etmişdir. V.Çurkin əsasnamə layihəsinin Gürcüstan, Abxaziya və Cənubi Osetiya tərəfləri arasında etimadın möhkəmlənməsinə kömək etməyəcəyini bildirmiş və onu qəbuledilməz adlandırmışdır.
"İnterfaks"ın məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili, öz növbəsində, əsasnamə layihəsinin qəbul olunması ilə əlaqədar öz minnətdarlığını bildirmişdir. Onun fikrincə, sənəd Rusiyanın təcavüzkarlığını gerçəkləşdirməyə və etnik təmizləməyə yol vermir. BMT-nin baş assambleyasının qəbul etdiyi əsasnamə layihəsi icbari xarakterdə olmadığından, tövsiyəekdici xarakter daşıyır.

Digər xəbərlər