PDF Oxu

Dünya

  • 5

Dövlət Duması Rusiya əsgərlərini xaricə göndərmək üçün prezidentə icazə verib

Dövlət Duması Rusiya əsgərlərini xaricə göndərmək üçün prezidentə icazə verib
"Rosbalt" agentliyinin məlumatına görə, sentyabrın 9-da Rusiyanın Dövlət Duması birinci oxunuşda Rusiyanın silahlı qüvvələrinin ölkə hüdudlarından kənarda əməliyyatlar keçirməsini nəzərdə tutan qanun layihəsi qəbul etmişdir. Qanun layihəsini Dövlət Dumasına Rusiya prezidenti Dmitri Medvedev təqdim etmişdir. Bu qanun ölkənin "Müdafiə haqqında" federal qanununa dəyişiklik kimi qəbul ediləcəkdir. Bu düzəlişə əsasən, Rusiya ordusu sərhəd hüdudlarından kənarda, başqa dövlət ərazisində təcavüzkarları dəf edəcək və Rusiya vətəndaşlarının hüquqlarını qoruyacaqdır. Bu qərar həm də Rusiya gəmilərinin dəniz quldurlarından qorunmasına xidmət edəcəkdir.
D.Medvedev avqustun 10-da federal qanunda dəyişiklik edilməsini parlamentdə təmsil olunmuş partiya liderlərinin nəzərinə çatdırmışdır. Onun dediyinə görə, bu dəyişiklik 2008-ci il Cənubi Osetiya silahlı konflikti ilə əlaqədar edilmişdir. D.Medvedev demişdir ki, Rusiya bu vəziyyətin təkrar olunmasını istəmir və belə hesab edir ki, silahlı qüvvələr qanun yolu ilə tənzimlənməlidir. Gürcüstan qəbul edilmiş bu qanun layihəsinə öz etirazını bildirmişdir.

Digər xəbərlər