PDF Oxu

Dünya

  • 5

Obama səhiyyə sahəsindəki islahatların mahiyyətini açıqlayıb

Obama səhiyyə sahəsindəki islahatların mahiyyətini açıqlayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 9-da ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək, səhiyyə sistemi sahəsindəki islahatlar proqramının başlıca müddəalarını açıqlamışdır. ABŞ prezidentinin dediyinə görə, islahatlar planının əsasında üç məqsəd dayanır. Onların birincisi vətəndaşlar üçün tibb sahəsindəki sığortanın şərtlərini yaxşılaşdırmaqdır. Burada, söhbət əsasən, sığorta ödənişlərinin məhdudlaşdırılması və sığorta olunmuş şəxslər üçün müalicə proqramının dəyər limitini müəyyənləşdirməkdir.
Proqramın ikinci məqsədi sığorta olunan şəxslər üçün birjaların yaradılmasıdır. Burada ABŞ vətəndaşları üçün ucuz sığorta şəbəkələri yaradılması nəzərdə tutulur. Bu cür şəbəkələr hələ ki, yoxdur. B.Obama bu işlə məşğul olacaq hüquqi və fiziki şəxslər üçün kifayət qədər kredit və sığorta qiymətləri müəyyənləşdirəcəyini vəd etmişdir.
B.Obama belə hesab edir ki, 9 il üçün nəzərdə tutulmuş proqramın ümumi qiyməti 900 milyard dollar məbləğində olacaqdır. O, qanunvericiləri inandırmağa cəhd etmişdir ki, xərclər gələcəkdə büdcə kəsirinin artmasına zəmin yaratmayacaqdır. Onun fikrincə, islahatlar ölkə üçün Əfqanıstan və İraq müharibələrindən ucuz başa gələcəkdir.

Digər xəbərlər