PDF Oxu

Dünya

  • 10

Çinin hərbi qüdrəti parada təqdim etdiyi texnika ilə müəyyənləşdirilib

Çinin hərbi qüdrəti parada təqdim etdiyi texnika ilə müəyyənləşdirilib
Sentyabrın 6-da Çində təhsilin 60 illiyi ərəfəsində əldə edilmiş parad fotoşəkilləri ekspertlərin fikirlərini bu məsələnin təhqiqatını aparmağa yönəltmişdir. "Defense Nyus"un məlumatına görə, Çin Xalq Azadlıq Ordusu heç vaxt rəsmi surətdə nümayiş etdirmədiyi hərbi texnika nümunələri təqdim etmişdir. MKİ-nin keçmiş eksperti Riçard Bitsingerin dediyinə görə, Çin özünün "əsil şousu"nu oktyabrın 1-də Çində təhsilin ildönümü ilə əlaqədar keçirilən bayramda nümayiş etdirəcəkdir.
Nəşrin qeydinə görə, 10 il əvvəl Çinin 50 illik bayramı qeyd edilərkən, hərbi paradda 3 ədəd "Donq Fenq 31" kontinetlərarası mobil ballistik raket qurğuları nümayiş etdirilmişdir. Həmin dövrdə Çində bu cür 8 mobil ballistik raket qurğuları var idi. Nəşrin məlumatına görə, bu cür mobil qurğularla Vaşinqtona nüvə zərbəsi entirmək mümkündür. Benəlxalq səviyyəli analitik Andrey Çanqa belə hesab edir ki, bu cür kompleksin nümayişi ABŞ üçün siqnal rolu oynayır. Çin rəsmiləri demək istəyirlər ki, onların hərbi qüvvələri əleyhinə hər hansı bir qüvvə tətbiq etmək ağlasığmazdır. Ekspertlər oktyabrın 1-də Çin hərbçilərinin "DF-41" yeni raket kompleksini nümayiş etdirəcəklərini güman edirlər. Bu raket vasitəsilə 11-13 min kilometr uzaqlıqdan hədəfi vurmaq olur. Hər bir bu cür raket on ədəd başlıq hissəsi daşımağa qadirdir.

Digər xəbərlər