PDF Oxu

Dünya

  • 15

Türkiyə mediaholdinqi 2,5 milyard dollar həcmində cərimələnib

Türkiyə mediaholdinqi 2,5 milyard dollar həcmində cərimələnib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyə hökuməti ölkənin nəhəng mediakompaniyası olan "Doqan Holdinq"i vergi ödəməməkdə ittiham edərək, 2,53 milyard dollar həcmində cərimələmişdir. Kompaniya nümayəndələri belə hesab edirlər ki, hökumət rəsmiləri telekanallarda və qəzetlərdə gedən tənqidi materiallara əsaslanmışlar.
Kompaniyanın vergini ödəməməsi məsələsi bir neçə ay müzakirə mövzusuna çevrilmişdir. Hökumət dəfələrlə bəyan etmişdi ki, kompaniyaya siyasi təzyiq göstərilməsi haqqında yayılan məlumatlar şayiə xarakterlidir. Kompaniyanın baş redaktoru Mehmet Əli Birand bununla əlaqədar demişdir: "Biz heç vaxt bu pulları ödəyə bilməyəcəyik. Hökumətin bu addımı soyuqqanlılıqla qətlimizə fərman verilməsi kimi başa düşülməlidir." Onun dediyinə görə, Türkiyədə heç bir kompaniyaya bu cür böyük məbləğdə cərimə kəsilməmişdir.

Digər xəbərlər