PDF Oxu

Dünya

  • 6

Uqo Çaves Lukaşenkoya “şər oxu”ndan salam gətirib

Uqo Çaves Lukaşenkoya “şər oxu”ndan salam gətirib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves Belorus prezidenti Aleksandr Lukaşenkoya "şər oxun"dan salam gətirdiyini bildirmişdir. U.Çaves sentyarbın 8-də A.Lukaşenkonun Minsk yaxınlığında yerləşən iqamətgahında görüşmüş və Belorusa gəlməsinin səbəbini bu cür izah etmişdir: "Mən səfərə çıxarkən həmişə bir-iki günlüyə burada qalıram." U.Çaves A.Lukaşenko ilə görüşü zamanı ona rəsmi səfər etdiyi, Kuba, Əlcəzair, Liviya və Türkmənistandan salam gətirdiyini bildirmişdir. "Mən sənə həm də "şər oxu"ndan salam gətirmişəm" deyə Venesuela prezidenti zarafatından qalmamışdır.
"Şər oxu" termini 2002-ci ildə yaranmışdır. ABŞ-ın 43-cü prezidenti Corc Buş bu ifadələri Amerika administrasiyasının terrorçuluğa sponsorluq edən ölkələrin ünvanına işlətmişdir. Görüş zamanı A.Lukaşenko venesuelalı həmkarına müraciətlə demişdir: "Ölkəmizə göstərdiyiniz böyük dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm. Bizim birgə fəaliyyət göstərən neft kompaniyalarımız bu gün uğurlu addımlar atır və gəlir gətirir."
U.Çaves 2006-2007-ci illərdə Belorusa səfər etmiş, A.Lukaşenko isə 2007-ci ildə Venesuelaya getmişdir. 8 sentyabr görüşündə U.Çaves Venesuela və Belorus arasında davam edən qarşılıqlı əlaqənin get-gedə daha da sıxlaşdığını bildirmişdir. "Ölkələrimiz arasındakı inteqrasiya əlaqələrinin heç bir hüdudu yoxdur" deyə Venesuela prezidenti bildirmişdir. Sentyabrın 9-da U.Çaves Rusiyaya səfər etmişdir. Bu görüş zamanı hərbi texnika qoyuluşuna dair yeni müqavilələrin imzalanacağı gözlənilir.

Digər xəbərlər