PDF Oxu

Dünya

  • 6

Əhmədinejad Obamaya rəsmi surətdə danışıq aparmağı təklif edib

Əhmədinejad Obamaya rəsmi surətdə danışıq aparmağı təklif edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamaya jurnalistlərin iştirak etdikləri məkanda görüşüb danışıq aparmağı təklif etmişdir. M.Əhmədinejad mümkün danışıq yeri kimi sentyabrın ortalarında Nyu-Yorkda keçiriləcəyi nəzərdə tutulan BMT-nin Baş Assambleyasının yığıncağını təklif etmişdir. "Əvvəl də bəyan etmişəm və indi də təkrar edirəm ki, qlobal məsələləri müzakirə etmək üçün dialoqa hazıram. Bu cür məsələlərin ən yaxşı həll variantı jurnalistlərin iştirakı ilə keçirilən yığıncaqlardır" deyə İran prezidenti Tehranda keçirdiyi mətbuat konfransında bildirmişdir.
M.Əhmədinejad həm də İranın nüvə proqramı sahəsində "ədalətli və ardıcıl" altıtərəfli görüşlərə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, İran prezidenti atom enerjisindən dinc məqsədlərlə istifadə olunmasından imtina etməyəcəyini də bildirmişdir.
M.Əhmədinejad ilk dəfə ABŞ prezidenti B.Obama ilə 2009-cu ilin fevralında görüşməyə hazır olduğunu bəyan etmişdi. Corc Buşun prezidentliyi dövründə İran dəfələrlə Qərbin təzyiqinə məruz qalmışdı. Qərbə belə hesab edirdilər ki, İran öz nüvə proqramının dairəsini genişləndirərək, kütləvi qırğın silahları hazırlamaq istəyir. İranı həm də "Hizbullah" Livan hərəkatına yardım etməkdə ittiham edirdilər.

Digər xəbərlər