PDF Oxu

Dünya

  • 8

Meksika prezidenti ölkənin baş prokurorunu istefaya göndərəcəyini bəyan edib

Meksika prezidenti ölkənin baş prokurorunu istefaya göndərəcəyini bəyan edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Meksika prezidenti Felipe Kalderon sentyabrın 7-də ölkənin baş prokuroru Eduardo Medina Moranı istefaya göndərəcəyini bəyan etmişdir. O, yeni baş prokurorun adını açıqlamağı lazım bilməmişdir. Çünki yeni prokuror narkoticarətçilərə qarşı mübarizə aparacaqdır. F.Kalderon yalnız onu demişdir ki, yeni baş prokuror geniş ictimaiyyət arasında bir o qədər də tanınmır.
E.M.Mora baş prokuror postunu F.Kalderon hakimiyyətə gələrkən 2006-cı ilin dekabrında tutmuşdur. O, narkoticarətə qarşı mübarizə aparmağı ölkənin başlıca vəzifəsi kimi qəbul edilib. Ancaq E.M.Mora F.Kalderon hökumətində uğur qazana bilməmişdi. Gün ərzində Meksikada arxasında narkotika ticarətçilərinin durduğu 20-dək qətl hadisələri baş vermişdir. "Röyter" belə hesab edir ki, E.M.Moranın istefasının başlıca səbəbi prezidentin narkotika ticarətçiləri əleyhinə mübarizəni gücləndirmək istəyidir.

Digər xəbərlər