PDF Oxu

Dünya

  • 8

Yuşşenko “dioksin” təhqiqatına son qoyub

Yuşşenko “dioksin” təhqiqatına son qoyub
Ukrayna prezidenti Viktor Yuşşenko sentyabrın 7-də belə bir bəyanat vermişdir ki, 2004-cü ildə zəhərlənməsi ilə əlaqədar təhqiqatı başa çatmış hesab edir. "Təhqiqat başa çatmışdır və prokurorluq 1000 nəfərədək şahidi dindirmişdir. Özüm bir neçə dəfə baş prokurorluğa gedib ifadə vermişəm. Ancaq bir neçə xalq deputatı indiyədək ifadə verməmişdir. Onlardan biri də müxalifət lideri Viktor Yanukoviçdir" deyə V.Yuşşenko bildirmişdir. Ukrayna prezidentinin dediyinə görə, onun zəhərlənməsini birbaşa təsdiq edənlər 4 ildir ki, Moskvadadırlar.
"Mən üç dəfə Rusiya prezidentinə müraciət edib xahiş etmişəm ki, zəhərlənməyimi təşkil edənləri Ukrayna müstəntiqləri dindirsinlər. Bizim mütəxəssislər Moskvadakı səfirliyimizdə dindirmə aparmağa hazırdırlar" deyə Ukrayna prezidenti bildirmişdir. V.Yuşşekonun dediyinə görə, zəhərlənməsində şübhəli bilinən şəxslərdən biri gecədə bilavasitə iştirak etmiş aşpazdır. Prezident nədənsə onun adını çəkməmişdir.
2004-cü ildə Ukrayna prezidentliyinə namizədliyini irəli sürən V.Yuşşenko ağır xəstəlik keçirmişdir. O vaxt belə hesab olunurdu ki, prezidentliyə namizəd dioksinlə zəhərlənmişdir. O vaxt Ali Radanın xüsusi komissiyası təhqiqat aparmış və bu nəticəyə gəlmişdir ki, prezident kiminsə sifarişi ilə zəhərlənmişdir.

Digər xəbərlər