PDF Oxu

Dünya

  • 6

İran qanadlı raketlərdən müdafiə qurğusu hazırlayıb

İran qanadlı raketlərdən müdafiə qurğusu hazırlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran qanadlı raketlərdən qorunmaq üçün yeni müdafiə sistemi yaratmışdır. Briqada generalı Əhməd Miqani demişdir ki, 30 il ərzində düşmənilərimizin ölkəmizin üzərinə qoyduğu hərbi sanksiyalara baxmayaraq, silahlı qüvvələrimiz irəliyə doğru geniş addım atmışdır.
Onun dediyinə görə, hazırda İran hərbçiləri qanadlı raketlərin görünməzliyinə nail olmağa cəhd edirlər. General deyir ki, ölkənin müdafiəsini daha da möhkəmləndirmək niyyətindədirlər. Hazırda onlarla havadan müdafiə sistemləri istifadəyə verilmişdir. Onların arasında fəal və passiv radiolokasiya sistemləri də vardır.
Bu ilin mayında Tehran döyüş gəmiləri üçün artilleriya silahları istehsal etməyə başlamışdır. Həmin silahlar qanadlı raketlər əleyhinə yönəldiləcəkdir. İran hərbçiləri deyirdilər ki, İsrailin ərazisinə çatmağa qadir olan raketlər hazırlayacaqlar.

Digər xəbərlər