PDF Oxu

Dünya

  • 13

Uqo Çaves Aşqabada rəsmi səfərə gəlib

Uqo Çaves Aşqabada rəsmi səfərə gəlib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves Aşqabada rəsmi səfərə gəlmişdir. Bu, Uqo Çavesin Türkmənistana ilk rəsmi səfəridir. Sentyabrın 7-də U.Çaves Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşmüşdür. Danışıqlar zamanı dövlətlərarası əməkdaşlıq məsələləri müzakirə edilmişdir. "Röyter"in məlumatına görə, danışıqların başlıca mövzusu energetika sahəsində əməkdaşlıq olmuşdur. Sentyabrın 13-də Rusiya prezidenti Dmitri Medvedev Türkmənistana səfər etməyi planlaşdırır. Danışıqların başlıca mövzusu Türkmənistan qazının Rusiyaya ötürülməsi olacaqdır.

Digər xəbərlər