PDF Oxu

Dünya

  • 13

Putin Medvedev qarşısında AAUVDS islahatı haqda çıxış edib

Putin Medvedev qarşısında AAUVDS islahatı haqda çıxış edib
"Kommersant" qəzetinin yazdığına görə, Rusiyanın baş naziri Vladimir Putin Rusiya prezidenti Dmitri Medvedev üçün məruzə hazırlayıb. Həmin məruzədə avtomatlaşdırılmış alkoqol uçotu vahid dövlət sistemindən (AAUVDS) bəhs edilir. Bu ilin mayında D.Medvedev AAUVDS sistemini qeyri-effektiv hesab edib, bu məsələ üzərində düşünməyi tövsiyə etmişdi. Qəzetin yazdığına görə, Putin Medvedevə təklif etmişdir ki, AAUVDS sistemi üzərinə qayıtmaq və onu bərpa etmək lazımdır. AAUVDS 2006-cı ildən fəaliyyətə başlamış və alkoqol bazarını iflic vəziyyətinə salmışdır. Nəticədə 2,5 milyard dollar itki verilmişdir. Bu sistem dövlət nəzarəti altında fəaliyyət göstərir. Vəzifəsi alkoqolun gizli surətdə istehsalının qarşısını almaqdır.

Digər xəbərlər