PDF Oxu

Dünya

  • 10

Rusiya XİN Gürcüstanı yeni “silahlı insident”lə hədələyib

Rusiya XİN Gürcüstanı yeni “silahlı insident”lə hədələyib
İnterfaks informasiya agentliyinin Rusiya XİN nümayəndəsi Andrey Nestrenkoya əsaslanaraq, yaydığı məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi Qara dənizin Abxaziya hövzəsində üçüncü ölkələrin gəmilərini saxlamaqda davam edəcəyi təqdirdə, Gürcüstanı yeni "ciddi silahlı insident"ə məruz qoyacağını bəyan etmişdir.
A.Nesterenkonun dediyinə görə, Gürcüstanın hərbi-dəniz qüvvələrinin Abxaziya hövzəsində olan gəmiləri saxlaması 1982-ci il dəniz hüququ üzrə beynəlxalq konvensiyanın müddəalarının pozulması deməkdir. Rusiya diplomatı bu hadisəni Gürcüstan tərəfinin Abxaziya dəniz sahillərini blokadaya alması kimi xarakterizə etmişdir. A.Nesterenko hadisələrin bu yöndə davam edəcəyi təqdirdə, regionda yeni ciddi silahlı insidentin yaranacağı ehtimalını irəli sürmüşdür.
Avqustun 28-də Rusiya Federal Xidmət Bürosunun sərhəd xidmətinin rəis müavini Yevgeni İnçin Rusiya sahil xidmətinin Abxaziya dənizçilərinə kömək edəcəyini vəd etmişdir. Buna cavab olaraq, rəsmi Tbilisi Rusiya sahil xidmətinin bu hərəkətini quldurluq kimi xarakterizə etmişdir. Gürcüstan qanunlarına əsasən, Abxaziya beynəlxalq dəniz gəmiçiliyi üçün bağlı elan edilmişdir. Bu ilin əvvəllərindən Gürcüstan hökuməti Abxaziyanın ərazi sularında üçüncü ölkələrin 20-dən artıq gəmisini saxlamışdır.

Digər xəbərlər