PDF Oxu

Dünya

  • 13

ABŞ Qondurasa yardımın həcmini azaldıb

ABŞ Qondurasa yardımın həcmini azaldıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ iyunun 28-də hərbi çevriliş edilmiş Qondurasa maliyyə yardımının həcmini azaltmışdır. ABŞ-ın dövlət katibi Hillari Klinton Qondurasın devrilmiş prezidenti Manuel Sellaya ilə görüşündə maliyyə vəsaitinin azaldılması haqda bəyanat vermişdir. H.Klinton yardımın həcminin azaldılmasının "ciddi səbəblərlə" bağlı olduğunu bildirmişdir.
Agentliyin məlumatına görə, ABŞ Qondurasın humanitar sahələrindən başqa, istənilən ödəncləri verəcək və hər cür yardımı əsirgəməyəcəkdir. İlkin məlumata görə, ABŞ Qonduras hökumətinə 200 milyon dollar az pul vermək niyyətindədir. Bir müddət əvvəl ABŞ Qondurasa növbəti 20 milyon dolların göndərilməsini dayandırmışdır. Agentliyin məlumatına görə, sentyabrın 5-də Braziliya Qonduras vətəndaşlarının viza rejimlərini dayandıracaqdır. Qonduras diplomatlarının Braziliyaya gediş-gəlişinə isə şərait yaradılacaqdır.

Digər xəbərlər