PDF Oxu

Dünya

  • 12

Aviazərbə nəticəsində Əfqanıstanda 90 nəfər həlak olub

Aviazərbə nəticəsində Əfqanıstanda 90 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO qüvvələrinin taliblər tərəfindən oğurlanmış iki avtosisternə endirmiş aviasiya zərbələri nəticəsində 90 nəfərə yaxın adam həlak olmuşdur. İnsident Qunduz vilayətində baş vermişdir. Partlayış yerli sakinlərin sisternlərə yanacaq doldurduqları zaman baş vermişdir. Ancaq yerli hakimiyyət dairələrinin verdikləri məlumatlara görə, həlak olanların əksəriyyəti "Taliban" hərəkatının üzvləri olmuşdur. Hadisə yerində pulsuz yanacaq aparmağa gələn uşaqlar da olmuşdur.
Təhlükəsizliyə yardım edən beynəlxalq qüvvələrin (İSAF) nümayəndəsinin dediyinə görə, ölənlər arasında dinc əhali azlıq təşkil edir. "Röyter" agentliyinin məlumatına görə, aviasiya zərbəsi sistern yaxınlığında taliblər qaldıqdan sonra endirilmişdir. Yerli həkimlərin dediklərinə görə, meyitlərin bədənləri həddindən çox yandığına görə, heç birini ölüxanalara aparmaq lazım gəlməmişdir.
"Taliban" nümayəndələri jurnalistlərə izah etmişlər ki, qaçırdıqları avtomobillərdən biri kəndin ortasında palçığa batmışdır. Taliblər avtosisterni çıxarmağa cəhd edərkən, onun ətrafına xeyli yerli sakin toplaşmışdır.

Digər xəbərlər