PDF Oxu

Dünya

  • 10

Yuşşenko prezident seçkiləri haqda qanunu imzalamaqdan imtina edib

Yuşşenko prezident seçkiləri haqda qanunu imzalamaqdan imtina edib
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko prezident seçkiləri haqda qanunu imzalamaqdan imtina edərək, onu Ali Radaya qaytarmışdır. Bu qanunun Ali Radada qəbul olunacağı təqdirdə, V.Yuşşenko Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edəcəyini vəd etmişdir.
Avqustun 21-də Ali Rada bir müddət əvvəl prezidentin qoyduğu vetonu ləğv edib, prezident seçkiləri haqda təkrar qanun qəbul etmişdir. İndi bu qanunun qüvvəyə minməsi üçün onu parlamentin spikeri Vladimir Litvin imzalamalıdır. V.Yuşşenko qanunda edilmiş dəyişikliklərin konstitusiya əleyhinə yönəldildiyini bildirmişdir. Onun fikrincə, bu dəyişikliklər seçkinin nəticələrinə tənqidi yanaşmağa imkan vermir. Çünki müzakirə üçün cəmi bir neçə gün ayrılır. V.Yuşşenko belə hesab edir ki, yeganə düzgün addım seçkiönü kampaniyasının müddətini 120 gündən 90 günə endirməkdir.
Ukraynada prezident seçkiləri 2010-cu ilin 17 yanvarına təyin edilmişdir. V.Yuşşenko, baş nazir Yuliya Timoşenko, Ali Radanın keçmiş spikeri Arseni Yatsenyuk, Regionlar Partiyasının lideri Viktor Yanukoviç və daha bir neçə siyasətçi növbəti prezident seçkilərinə öz namizədliklərini irəli sürmüşdür.

Digər xəbərlər