PDF Oxu

Dünya

  • 10

Putin BVF-dən pul almaqdan imtina edib

Putin BVF-dən pul almaqdan imtina edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya yaxın vaxtlarda Beynəlxalq Valyuta Fondudan kredit almayacaqdır. Bundan əlavə Rusiya SDR (xüsusi borcalma hüququ) proqramı çərçivəsində donor kimi də çıxış etməyəcəkdir. Bu bəyanatları Rusiyanın baş naziri Vladimir Putin vermişdir. Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Aleksey Kudrin, öz növbəsində, qeyd etmişdir ki, Rusiya BVF-dən SDR formasında 8,84 milyard dollar kredit almaq hüququndadır. O, əlavə etmişdir ki, hazırda Rusiyanın kifayət qədər beynəlxalq qızıl-valyuta ehtiyatları vardır və buna görə də, hələlik, BVF-nin yardımından istifadə etmək istəmir.

Digər xəbərlər