PDF Oxu

Dünya

  • 11

İndoneziyada zəlzələ nəticəsində 32 nəfər həlak olub

İndoneziyada zəlzələ nəticəsində 32 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatmışdır. Bir müddət əvvəl 7 nəfərin öldüyü haqda məlumat verilirdi. Bu da, onu göstərirdi ki, həlak olanların sayı bundan sonra da artmaqda davam edəcəkdir. Uçqunlar altında çoxlu adam qalmışdır. Kəndlərdən birin də zəlzələ nəticəsində sürüşmə baş vermiş və 30 nəfərə yaxın adam daş və palçıq altına gömülmüşdür. Hələlik, onların 6 nəfərinin meyiti çıxarılmışdır. Zəlzələnin episentri Cakartanın cənub hissəsinin 190 kilometrliyində yerləşir. Yeraltı təkanların maqnitudası 7,0 həddində olmuşdur. Zəlzələnin gücü paytaxtda da hiss edilmiş və əhalinin bir hissəsi evakuasiya edilmişdir. Episentr yaxınlığında yerləşən yaşayış məntəqələrində evlərin əksəriyyəti dağıdılmışdır. Hazırda indoneziyalılar təkrar zəlzələnin baş verməsindən və sunaminin törənəcəyindən qorxurlar. Ekspertlər belə hesab edirlər ki, zəlzələnin gücü sunaminin yaranmasına kifayət edəcək həddə olmuşdur. Ancaq hələlik, ölkə sahillərində sunami təhlükəsi hiss edilmir. 2004-cü ildə İndoneziyada baş vermiş yeraltı təkanlar nəticəsində yaranmış sunami 230 nəfərin həyatına son qoymuşdur.

Digər xəbərlər