PDF Oxu

Dünya

  • 8

Çeçenistan get-gedə yoxsullaşmaqdadır

Çeçenistan get-gedə yoxsullaşmaqdadır
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, 2010-cu ildə Çeçenistanın dövlət büdcəsi böyük miqdarda ixtisara məruz qalacaqdır.
Çeçenistan Respublikasının maliyyə naziri Əli İsayev büdcə komissiyasının yığıncağındakı çıxışında demişdir ki, 2010-2012-ci illərdə ölkənin büdcə xərclərinin həcmi 2009-cu illə müqayisədə xeyli ixtisar ediləcəkdir. 2010-cu ildə Çeçenistanın büdcə gəliri 5 milyard 909,2 milyon rubl həcmində olacaqdır ki, bu da 2009-cu il göstəricisindən 424,1 milyon rubl azdır.
İlkin məlumata görə, Çeçenistanın kapital tikinti və təmir sahələrinə ayrılan büdcə xərcləri gələn il 70 faiz azalacaqdır. Ölkənin maliyyə nazirliyi büdcə departamentinin direktoru Teis Maxaşevin təəssüf hissi ilə dediyinə görə, 2010-cu ilə təsdiq edilmiş dövlət büdcəsinin xarakterində dəyişiklik etmək mümkün olmayacaqdır. "Respublikanın büdcə kəsiri, bu və digər dərəcədə hamıya təsir edəcəkdir. Belə çıxır ki, gəlirlərlə yaşamağa alışmaq lazım gələcəkdir" deyə T.Maxaşev bildirmişdir.

Digər xəbərlər