PDF Oxu

Dünya

  • 8

Moldova parlamenti öz işini kommunistlərsiz davam etdirdi

Moldova parlamenti öz işini kommunistlərsiz davam etdirdi
Moldovanın yeni parlamenti öz işini kommunistlər fraksiyasının iştirakı olmadan davam etdirmişdir. Xatırladırıq ki, kommunist fraksiyasının deputatları parlament mandatının az qala yarısını qazanmışlar. Moldova Kommunist Partiyasının İcraiyyə Komitəsinin üzvü Mark Tkaçuk bununla əlaqədar demişdir: "Kommunist Partiyası parlamentin cümə günü keçirilən birinci yığıncağında qəbul edilmiş qərarı Konstitusiya Məhkəməsində çıxartdırmağa nail olduğu qərarla rədd etmişdir. Biz spikerin seçilməsi məsələsi ilə də razılaşmırıq. Bu səbəbdən də, biz sentyabrın 2-də keçirilmiş parlament yığıncağında iştirak etməmişik."
Bildiyimiz kimi, kommunistlər fraksiyası Moldova parlamentinin 101 mandatının 48-ni qazanmışdır. M.Tkaçukun dediyinə görə, deputatlar konstitusiyanın bir neçə müddəasını pozmuşlar. Onlar hətta qanunvericiliyə əsasən, fraksiyaların formalaşdırılması üçün verilən 10 günlük parlament reqlamentini də qəbul etməmişlər.

Digər xəbərlər