PDF Oxu

Dünya

  • 15

Berluskoni AB-nin işini dayandıracağı ilə hədələyib

Berluskoni AB-nin işini dayandıracağı ilə hədələyib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın baş naziri Silvio Berluskoni Avropanın vacib problemləri haqda Avropa Komissiyasının sədrinin mətbuat katibi ilə birlikdə fikir söyləməyəcəyi təqdirdə, Avropa Birliyinin işini blokadaya alacağı ilə hədələmişdir. Agentlik İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Polşaya gəlmiş İtaliyanın baş nazirinin fikirlərini səsləndirmişdir: "Biz Avropa Birliyinin işini blokadaya alaraq, səsvermədə iştirak etməyəcəyik. Əgər heç bir avrokomissar və Avropa Komissiyasının mətbuat katibi hər hansı bir mövzu ətrafında rəsmi bəyanat yayımlaya bilmirsə, biz komissarların hamısının istefasını tələb edəcəyik".
S.Berluskoninin bu cür sərt bəyanatı Afrikadan gələn qeyri-leqal mühacirlərin törətdikləri son insidentlə bağlı olmuşdur. İtaliyanın sahil-mühafizə xidməti bazar ertəsi hava ilə doldurulmuş mühacirlərlə dolu olan qayıqlardan birinin Livan istiqamətindən ölkənin neytral sularına daxil olduğunu müşahidə etmişdir.
Qeyri-leqal mühacirət məsələsi İtaliya hökuməti üçün əsil başağrısına çevrilmişdir. Qeyri-leqal mühacirlərlə mübarizə aparmaq üçün Tripoli ilə razılaşma müqaviləsi imzalansa da, minlərlə mühacir Livan ərazisi vasitəsi ilə Apennin yarımadasına düşməyə cəhd edir. Son insidentdən sonra Avropa Komissiyası İtaliya və Malta hökumətlərindən mətbuat katibləri Dennis Ebbottun dili ilə izahat istəmişdir.

Digər xəbərlər