PDF Oxu

Dünya

  • 8

Türkiyə və Ermənistan diplomatik münasibətlər qurmaq üçün məsləhətləşmələr keçirəcək

Türkiyə və Ermənistan diplomatik münasibətlər qurmaq üçün məsləhətləşmələr keçirəcək
Türkiyə və Ermənistan ikitərəfli münasibətlərini nizama salmaq məqsədilə məsləhətləşmələr keçirməyi nəzərdə tutur. Bu məlumat avqustun 31-də Türkiyənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmişdir.
Məlumata əsasən, Türkiyə və Ermənistanın hakimiyyət dairələri iki protokolun imzalanması imkanını müzakirə edəcəklər. Birinci protokol "Diplomatik münasibətlərin qurulması haqqında", ikinci protokol isə "İkitərəfli münasibətlərin inkişafı haqqında" adlanır. Ölkələr arasında vasitəçiliyi İsveçrə hökuməti öz üzərinə götürmüşdür.
Məsləhətləşmələr altı həftə davam etdiriləcəkdir. Bu müddət başa çatdıqdan sonra tərəflər hər iki protokolu imzalayıb, ratifikasiya olunmaq üçün öz parlamentlərinə təqdim edəcəklər. "İnterfaks" agentliyinin məlumatına görə, protokolların imzalanmasının ilkin mərhələsi, İsveçrənin vasitəçiliyi ilə danışıqların nəticəsi kimi keçirilmişdir. RİA "Novosti"nin məlumatına görə, münasibətlərin yaranması üçün Türkiyə tələb edir ki, Ermənistan "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması faktına can atmaqdan imtina etsin və Qarabağ konfliktinin nizamlanmasına razılıq versin. Ermənistan tərəf isə heç bir şərt irəli sürmür.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər 1990-cı illərdə Ermənistan SSRİ-dən ayrılıb müstəqillik əldə etdikdən sonra pozulmuşdur. Bu, onunla əlaqədardır ki, Türkiyə Osmanlı imperiyası tərəfindən ermənilərin uydurma soyqırıma məruz qalmaları faktını qəbul etmək istəmir. Bundan başqa, Ermənistan qondarma "DQR"-in Azərbaycandan ayrılıb müstəqillik elan etməsini dəstəkləyir. Türkiyə isə bu konfliktdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir.
2009-cu ildə Türkiyə və Ermənistan hökumətləri aralarında sülh müqavilələrinin imzalanmasına doğru can atmağa başlamışlar.

Digər xəbərlər