PDF Oxu

Dünya

  • 10

Cənubi Osetiya hərbi qulluqçusunu Gürcüstanın xeyrinə casusluqda ittiham ediblər

Cənubi Osetiya hərbi qulluqçusunu Gürcüstanın xeyrinə casusluqda ittiham ediblər
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Osetiyanın Ali Məhkəməsi avqustun 31-də respublika sərhəd xidmətinin keçmiş əməkdaşını dövlətə xəyanət etməkdə ittiham edərək, 16 il müddətinə azadlıqdan məhrum etmiş və əlavə olaraq, 100 min rubl həcmində cərimələmişdir. Qutsmaztını 2008-ci ilin 19 sentyabrında həbs etmişlər. İstintaqın məlumatına görə, bu şəxs uzun müddət müdafiə xarakterli məlumatları Gürcüstan əks-kəşfiyyatının əməkdaşı Aleksandr Medzmariaşviliyə təqdim etmişdir.
"Kommersant" qəzetinin yazdığına görə, 2008-ci ilin noyabrında Cənubi Osetiyada Gürcüstanın xeyrinə casusluqla məşğul olan böyük şəbəkənin üstü açılmışdır. Təhqiqat zamanı Cənubi Osetiyanın dövlət təhlükəsizlik bürosunun sərhəd xidmətinin operativ növbətçisi, mayor Timur Quçmazov həbs edilmişdir.

Digər xəbərlər