PDF Oxu

Dünya

  • 8

Nazarbayev Qazaxıstan iqtisadiyyatının sabitləşdiyini bəyan edib

Nazarbayev Qazaxıstan iqtisadiyyatının sabitləşdiyini bəyan edib
RİA "Novosti" agentliyinin yaydığı məlumata görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin maliyyə sisteminin sabitləşdiyini bəyan etmişdi. Onun dediyinə görə, bu ilin son 7 ayı ərzində iqtisadiyyata qoyulmuş investisiyanın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz artmış, avqustun 1-dək bank aktivləri, demək olar ki, iki faiz artaraq, 12 trilyon tenqeyə (80 milyon dollara) çatmışdır. Bundan başqa Qazaxıstanın beynəlxalq ehtiyatları 42,5 milyard dollar səviyyəsində sabitləşmişdir və bu inkişaf davam etməkdədir.
N.Nazarbayev qeyd etmişdir ki, iqtisadiyyatın gələcək artımı üçün büdcə xərclərini aşağı salmaq və milli fond vəsaitini artırmaq lazımdır. Onun dediyinə görə, 10 ildən sonra milli fondun aktivlərinin həcmi 30 faiz təşkil edəcəkdir. Artıq hökumət milli fond və büdcədən ayırmalar edərək, ölkə iqtisadiyyatının sabitləşməsi üçün 19 milyard dollar ayırmışdır.

Digər xəbərlər