PDF Oxu

Dünya

  • 10

Yaponiyanın baş naziri parlament seçkilərindəki məğlubiyyətini etiraf edərək istefa verdi

Yaponiyanın baş naziri parlament seçkilərindəki məğlubiyyətini etiraf edərək istefa verdi
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyanın baş naziri Taro Aso parlament seçkilərində məğlubiyyətini etiraf edərək, Liberal-Demokrat Partiyasının lideri postundan istefa vermişdir. Hələlik, seçkilərin nəticələrinə yekun vurulmasa da, müxalifətçi Demokratlar Partiyası liberal-demokratları xeyli qabaqlamaqdadır. Bununla əlaqədar Taro Aso dövlət televiziyası ilə çıxış edərək Demokratlar Partiyasından olan rəqiblərini təbrik etmişdir.
Səsvermənin nəticələri başa çatdırıldıqdan sonra müxalifətçilər hökuməti formalaşdırmaq hüquqlarından istifadə edəcəklər. Yeni formalaşdırılmış hökumətin başında Demokratlar Partiyasının lideri Yukio Xatoyamanın duracağı gözlənilir. Seçkilərin rəsmi nəticələri avqustun 31-də elan edilib.
Liberal-Demokrat Partiyası, fasiləsiz olaraq, 1955-ci ildən hakimiyyət başında durur. Taro Aso hökumətə 2008-ci ilin sentyabrından başçılıq edirdi.

Digər xəbərlər