PDF Oxu

Dünya

  • 8

“Himena” qasırğası Meksika sahillərinə yaxınlaşır

“Himena” qasırğası Meksika sahillərinə yaxınlaşır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Saffir-Simpson beşballıq şkalası üzrə dördüncü kateqoriyalı "Himena" qasırğası Meksikanın Sakit okean sahillərinə yaxınlaşmaqdadır. ABŞ-ın qasırğaların proqnozlaşdırılması üzrə milli mərkəzi belə bir proqnoz verir ki, "Himena" sentyabrın 2-də Meksikanın Aşağı Kaliforniya ştatının sahillərinə çatacaqdır. Metoroloqlar belə bir ehtimal irəli sürürlər ki, avqustun 30-da episentri Meksika sahillərinin cənub hissəsinin 440 kilometrliyində olan qasırğa öz istiqamətini dəyişə bilər.
Meksika sahillərinə yaxınlaşan qasırğa sentyabrın 1-2-də Los-Kabos kurortunda keçiriləcəyi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının konfransına mane ola bilər. Təşkilat rəhbərliyinin konfransı təxirə salacağı haqda informasiya verilmir.

Digər xəbərlər