PDF Oxu

Dünya

  • 12

Tacikistanda “Əl-Kaidə” üzvlərini azadlıqdan məhrum ediblər

Tacikistanda “Əl-Kaidə” üzvlərini azadlıqdan məhrum ediblər
"Central Asian Nyus"un yazdığına görə, Tacikistanın Ali Məhkəməsi "Əl-Kaidə" terrorçu qruplaşmasının terrrorçuluqda suçlu bilinən 4 üzvünü azadlıqdan məhrum etmişdir. Mirzəvəli Xolov və Bilali Musazadə 15, Nəsir Qulamheydərov və Əbdülsəttar Abdullayev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişlər. Onların 4-ü də cəzalarını ciddi rejimli koloniyalarda çəkəcəklər.
İstintaqın məlumatına görə, "Əl-Kaidə" üzvləri olan müttəhimlər 1990-cı illərin əvvəllərindən Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etmişlər. "İnterfaks"ın məlumatına görə, haqqında söhbət gedən şəxsləri 2008-ci ildə Əfqanıstanda həbs edib, Tacikistana ekstradisiya etmişlər.
"Central Asian Nyus" yazır ki, Tacikistanın Ali Məhkəməsi 2006-cı ildə "Əl-Kaidə"nin Tacikistan şöbəsinin fəaliyyətini qadağan etmişdir.

Digər xəbərlər