PDF Oxu

Dünya

  • 13

Rusiya zabiti Gürcüstanın xeyrinə casusluqda ittiham edilib

Rusiya zabiti Gürcüstanın xeyrinə casusluqda ittiham edilib
"İnterfaks" informasiya agentliyinin avqustun 28-də yaydığı məlumata görə, Şimali Qafqaz hərbi dairəsinin hərbi hissələrindən birinin komandir müavini Mixail Xaçidze Gürcüstanın xeyrinə casusluqda ittiham edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Şimali Qafqazın hərbi dairə məhkəməsi M.Xaçidzeni dövlətə xəyanətdə təqsirli bilib, onu podpolkovnik rütbəsindən məhrum etmişdir. Məhkəmə müttəhimin azyaşlı uşaqların olmasını, peşmançılıq hissi keçirdiyini və istintaq orqanları ilə əməkdaşlıq əlaqələri qurmağa razılıq verdiyini nəzarə alıb nisbətən az iş kəsmişdir.
M.Xaçidze 2007-ci ilin payızından etibarən Rusiya hərbi hissələrinin döyüşə hazırlıq vəziyyəti haqqında məlumatlar toplayıb, Gürcüstanın xüsusi xidmət orqanlarına ötürürdü. Həmin sənədlər məxfi dövlət sənədləri hesab edilirdi. Hər informasiya üçün casusa 2000 dollar ödəyirdilər. 2008-ci ilin yayında casus podpolkovnik Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs edilmişdir.

Digər xəbərlər