PDF Oxu

Dünya

  • 14

Özbəkistan parlamenti amnistiya verilməsi haqda qərar qəbul edib

Özbəkistan parlamenti amnistiya verilməsi haqda qərar qəbul edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Özbəkistan Senatı amnistiya haqda qərar qəbul etmişdi. Bu qərar respublikanın müstəqilliyinin 18 illiyi ilə əlaqədar imzalanmışdır.
Senatın qanunçuluq üzrə komitəsinin başçısı Mövcudə Rəcəbovanın dediyinə görə, amnistiya bütövlükdə "törətdiyi cinayətin cəmiyyət üçün təhlükə törətmədiyi şəxslərə" tətbiq ediləcəkdir. Azadlığa o şəxslər çıxa biləcəkdir ki, məsələn, terror təşkilatlarının üzvü olsalar da, ağır cinayət törətməmiş olsunlar və həbsxanada olduqları müddətdə islah olunmuş olsunlar.
M.Rəcəbovanın dediyinə görə, ilk növbədə, qadınlara, həddi-büluğa çatmamış şəxslərə və yaşlı məhbuslara amnistiya veriləcəkdir. Senatın qərarı həm də əlil və xəstəlikdən əziyyət çəkmiş məhbuslara tətbiq ediləcəkdir.

Digər xəbərlər