PDF Oxu

Dünya

  • 8

ABŞ-ın baş hərbçisi ölkənin islam dünyası haqda təşviqatını tənqid atəşinə tutub

ABŞ-ın baş hərbçisi ölkənin islam dünyası haqda təşviqatını tənqid atəşinə tutub
ABŞ-ın ən yüksək vəzifəli hərbçisi Barak Obama administrasiyasının islam aləmi ilə "strateji dialoq" cəhdini kəskin tənqid atəşinə tutmuşdur. "Nyu-York Tayms" qəzetinin yazdığına görə, qərargah rəislərinin birləşmiş komitəsinin sədri Mayk Mallen qəti əmindir ki, heç bir təşviqat kampaniyası amerikalılara müsəlmanların etimadını qazanmağa imkan verməyəcəkdir.
Avqustun 28-də "Joint Force Quarterlu" kvartallıq hərbi jurnalında dərc etdiyi məqaləsində M.Mallen yazmışdır: "Biz danışarkən başlıca diqqətimizi, fikrimizi necə ifadə etməyimizə yox, fəaliyyətimizin necə təsir bağışlamasına yönəltməliyik. Biz hər dəfə öz dəyərlərimizə layiq hərəkət etmədikdə, yaxud verdiyimiz vədi yerinə yetirmədikdə, daha çox düşmənlərimizin bizi təsvir etdikləri təşəxxüslü amerikalılara bənzəyirik." M.Mallenin dediyinə görə, B.Obama islam aləmi ilə daha çox qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq istəyir. Bu fikrini ABŞ prezidenti Qahirədə iyun ayındakı çıxışında ifadə etmişdi. M.Mallenin dediyinə görə, bir çox islam ölkələrində, o cümlədən, Əfqanıstan, İraq və Pakistanda ABŞ-ı təcavüzkar kimi qəbul edirlər.

Digər xəbərlər