PDF Oxu

Dünya

  • 14

Medvedev Ukraynanın Müstəqillik Günündə Yuşşenkonu təbrik etməyib

Medvedev Ukraynanın Müstəqillik Günündə Yuşşenkonu təbrik etməyib
Rusiya prezidenti Dmitri Medvedev avqustun 24-də keçirilən Ukraynanın Müstəqillik Günündə Viktor Yuşşenkonu təbrik etməmişdir. İki dövlət başçısından heç biri rəsmi saytlarda bu cür təbrik haqda danışmamağa üstünlük vermişlər. Rusiya prezidentinin mətbuat və informasiya xidməti idarəsinin növbətçisi agentliyə demişdir ki, "prezidentin saytında təbrik mətni yoxdursa, deməli, belə bir təbrik də olmamışdır."
Rusiyanın baş naziri Vladimir Putin bayram münasibətilə Ukraynanın nazirlər kabinetinin başçısı Yuliya Timoşenkonu təbrik etmişdir. Bu təbrik rəsmi surətdə bəyan edilmişdir. Avqustun 11-də D.Medvedev V.Yuşşenkonun siyasətini kəskin tənqid atəşinə tutmuş və Ukrayna ilə müqavilələrin dayandırıldığını bəyan etmişdir. D.Medvedev qeyd etmişdir ki, onun tənqidi Ukrayna xalqına yox, ölkə rəhbərliyinə ünvanlanmışdır. V.Yuşşenko D.Medvedevin etirazını təkzib etmiş və əmin olduğunu ifadə etmişdir ki, növbəti dəfə Rusiya prezidentinin məktubundakı ifadələrdə yumşalmalar müşahidə ediləcəkdir.

Digər xəbərlər