PDF Oxu

Dünya

  • 16

Fidel Kastro Barak Obamanın daxili siyasətini tərifləyib

Fidel Kastro Barak Obamanın daxili siyasətini tərifləyib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Kubanın keçmiş lideri Fidel Kastro ABŞ prezidenti Barak Obamanın Əfqanıstanda yürütdüyü hərbi siyasətini pisləsə də, onun ölkə daxilində yeritdiyi siyasəti tərifləmişdir. F.Kastro avqustun 25-də "Qranma" hökumət qəzetində B.Obamanın siyasətinin təhlilini vermişdir. Kuba lideri B.Obamanın reytinqinin aşağı düşməsi haqda məlumatlara təəccüb etdiyini bildirmiş və bunu amerikalıların irqi ayrıseçkiliyə yol verməsi ilə izah etmişdir.
F.Kastronun fikrincə, ABŞ əhalisinin "ənənəvi rasizm"ə meyili B.Obamanın planlaşdırdığı yeniliklərin, ilk növbədə, səhiyyə sistemindəki islahatların uğurla gerçəkləşməsinə mane olur. ABŞ prezidentinin siyasi aspektlərindən biri olan ümummilli tibbi sığorta sisteminin yaradılması təşəbbüsü F.Kastronun xoşuna gəlmişdir. 83 yaşlı eks-prezident ABŞ qoşunlarının İraq ərazisindən çıxarılaraq Əfqanıstana yeridilməsini B.Obamanın səhvi hesab edir. F.Kastro xatırladır ki, bir vaxt "Taliban" hərəkatı ilə hətta Sovet İttifaqı da bacarmamışdı. F.Kastronun publisistik qeydlərinin dərci ABŞ-ın Nyu-Meksika ştatının qubernatoru Bill Riçardsonun Kubaya səfəri ilə üst-üstə düşmüşdür. Məlum olduğu kimi, qubernator Kuba rəsmiləri ilə ticarət münasibətlərini müzakirə edəcəkdir.

Digər xəbərlər